“Biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib.
“Qaldı ki, de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:39 / 06.06.2024
Prezident: “Minsk qrupuna heç bir ehtiyac yoxdur, onun fəaliyyət göstərməsinə imkan verməyəcəyik”
Hazırda oxunan: Prezident: “Minsk qrupuna heç bir ehtiyac yoxdur, onun fəaliyyət göstərməsinə imkan verməyəcəyik”
Hazırda oxunan: Prezident: “Minsk qrupuna heç bir ehtiyac yoxdur, onun fəaliyyət göstərməsinə imkan verməyəcəyik”
Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Minsk qrupuna heç bir ehtiyac olmadığını və onun fəaliyyət göstərməsinə imkan verməyəcəklərini söyləyib.
196072
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.