İqlim Dəyişikləri üzrə Mərkəz COP29 ilə bağlı gözləntilərini AÇIQLAYIB

Hazırda oxunan: İqlim Dəyişikləri üzrə Mərkəz COP29 ilə bağlı gözləntilərini AÇIQLAYIB

196061

Yeni iqlim maliyyəsi hədəfinə nail olmaq özəl sektorun iştirakını tələb edir.

Bizim.Media xəbər verir ki, bu sözləri İqlim Dəyişikləri üzrə Mərkəzin (CACE) direktoru Aleksandra Sözer Bakı Enerji Forumunun ikinci günündə “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, daha çox maliyyə resurslarına ehtiyac var.

“İqlim maliyyələşdirilməsində özəl sektorun iştirakı lazımdır. COP29-la bağlı gözləntilərim budur ki, konfransda enerji keçidində özəl sektorun fəal iştirakının vacibliyinə əlavə diqqət yetiriləcək. Başa düşülməli amillərdəndir ki, neft-qaz şirkətləri texnoloji amilləri ortaya qoymaqla emissiyanı azaltmalıdır, buna fürsət kimi baxmalıdır. Yeni texnologiyalardan istifadə dayanıqlığı yüksəldəcək”, - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin