Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Əlamətdar bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Banqladeşlə Azərbaycan arasında ikitərəfli sıx dostluq əlaqələri mövcuddur. Qəti şəkildə inanıram ki, xalqlarımız iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrini gələcəkdə daha da möhkəmləndirmək istiqamətində birlikdə işləməyə davam edəcəklər.
Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:45 / 04.06.2024
Banqladeş Prezidenti: “Azərbaycanla ikitərəfli sıx dostluq əlaqələrimiz mövcuddur”
Hazırda oxunan: Banqladeş Prezidenti: “Azərbaycanla ikitərəfli sıx dostluq əlaqələrimiz mövcuddur”
Hazırda oxunan: Banqladeş Prezidenti: “Azərbaycanla ikitərəfli sıx dostluq əlaqələrimiz mövcuddur”
195701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.