“Ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın dövlət iqtisadi siyasətinin strateji əhəmiyyətli prioritetlərindən biri kimi müəyyən edilib”.
Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Minskdə “Avrasiya İqtisadi İttifaqının ərzaq təhlükəsizliyi” plenar sessiyasında çıxışı zamanı deyib.
Baş nazir qeyd edib ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi 3 faiz artıb: “Eyni zamanda, heyvandarlıq məhsullarında artım 3,2 faiz, bitkiçilikdə isə 2,7 faiz olub:
“Müsbət tendensiya bu il də davam edir. İlk 4 ayda kənd təsərrüfatı məhsulları istehsalı 1,6 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalı 1,5 faiz, bitkiçilik məhsullarının istehsalı isə 2,7 faiz artıb”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:22 / 03.06.2024
Əli Əsədov: “Ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın prioritetidir”
Hazırda oxunan: Əli Əsədov: “Ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın prioritetidir”
Hazırda oxunan: Əli Əsədov: “Ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın prioritetidir”
Baş nazir Əli Əsədov ərzaq təhlükəsizliyinin Azərbaycanın prioritetlərindən biri olduğunu vurğulayıb.
195503
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.