Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Hazırda oxunan: Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Ranil Vikramasinqhe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
195088

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Ranil Vikramasinqhe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.
Əlamətdar bayram – ölkənizin Müstəqillik Günü münasibətilə Şri-Lanka hökuməti adından və şəxsən öz adımdan Zati-alinizi, Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm.

Şri-Lanka ilə Azərbaycan arasında xoş mərama və qarşılıqlı anlaşmaya əsaslanan sıx və mehriban münasibətlər mövcuddur. Əminəm ki, bu əlaqələr xalqlarımızın qarşılıqlı rifahı naminə növbəti illərdə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".

19:54

Yunanıstan Respublikanın Prezidenti Katerina Sakellaropulu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə yunan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram.

BMT Nizamnaməsinin prinsiplərinin müdafiəsinə və beynəlxalq hüquqa hörmətə əsaslanaraq ölkələrimiz arasında qarşılıqlı fayda naminə əməkdaşlığın və dialoqun genişlənəcəyinə ümid edirəm.

Zati-aliləri, ölkənizin milli bayramı münasibətilə ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyini xahiş edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin