Milli Məclisin yaz sessiyası BAŞA ÇATIR 

Hazırda oxunan: Milli Məclisin yaz sessiyası BAŞA ÇATIR 

195023

Milli Məclisin 2024-cü il yaz sessiyası başa çatıb.

Bizim.Media xəbər verir ki, sessiyaya parlamentin bu gün keçirilən plenar iclasında yekun vurulub.

Spiker Sahibə Qafarova bildirib ki, yaz sessiyası dövründə 13 iclas keçirilib, 61 qanun qəbul edilib.

Sədrin sözlərinə görə, həmin müddətdə iki yeni qanun qəbul edilib, 50 qanuna dəyişiklik edilib, 9 beynəlxalq müqavilə təsdiqlənib.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçən iclasda Dövlət Himninin səsləndirilməsi ilə sessiya bağlı elan edilib.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin