ABŞ dövlət katibinin İlham Əliyevə zənginin PƏRDƏARXASI 

Hazırda oxunan: ABŞ dövlət katibinin İlham Əliyevə zənginin PƏRDƏARXASI 

19489

“ABŞ bu və ya digər şəkildə istəyir ki, bölgədə və münaqişədə itirilmiş mövqeləri bərpa etsin. Onlar hiss eliyirlər ki, Azərbaycan yeni reallıqlar əsasında öz pozisiyasını formalaşdırıb. Bu reallıqların isə nədən ibarət olduğu hamıya bəllidir. Məhz ona görə də, Blinkenin zəngini Bakının mövqeyini daha yaxşı başa düşmək və Amerikanın istəkləri barəsində söhbət açmaq cəhdi kimi qiymətlətləndirirəm”.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ dövlət katibi İlham Əliyevə zəng etdi - “907-ci düzəliş dayandırılıb”


ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi barədə Bizim.Media ilə fikirlərini bölüşən sabiq XİN rəhbəri, politoloq Tofiq Zülfüqarov əlavə etdi ki, Baydenin bəyanatından sonra Vaşinqton müxtəlif səviyyələrdə “soyqırım” ifadəsinin Ankaraya qarşı olmadığını sərgiləmək istəyir:

“Misal üçün, Birləşmiş Ştatlar Ermənistanda olan səfiri və digər vasitələrlə göstərmək istəyir ki, bu bəyanat Türkiyəyə qarşı deyil və sadəcə olaraq tarixə mövqeyin bildirilməsidir.

Amma əsas məqsəd Ermənistanda gözlənilən növbədənkənar seçkilərdir. Çünki iyun ayında keçiriləcək seçkilərdə əsas mövzu ondan ibarət olacaq ki, Ermənistan gələcəkdə hansı siyasəti reallaşdıracaq. Qərbyönümlü, yoxsa köhnə ruspərəst siyasətini? Baydenin bəyanatı və digər addımlar bu yolda qərbyönümlü qüvvələrə dəstəyə hesablanıb. Bu məsələdə Azərbaycanın da mövqeyi çox vacibdir. Çünki Vaşinqtonun Bakı ilə əlaqələrə də xələl gətirmək fikiri yoxdur. Bu ilk telefon təmasıdır. Və ilkin mövqelər açıqlanıb. Hər halda biz başa düşdük ki, Azərbayacan tərəfi bəzi məsələlərlə əlaqədar, xüsusən də Baydenin bəyanatı ilə bağlı öz narazılığını bildirib.

Hiss olunur ki, gələn bir neçə ay ərzində qərb ölkələri Ermənistana dəstək verməyə çalışacaq. Daha doğrusu, Ermənistanda olan qərbyönümlü qüvvələrə dəstək veriləcək.

Bu baxımdan, ABŞ-ın indiki mərhələdə Azərbaycanla bağlı hansısa böyük dəyişikliklər, ya da müəyyən aktiv siyasətini gözləmirəm”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin