Azərbaycan zeytun yağı və süfrəlik zeytun istehsal və istehlak edən ölkələri bir araya gətirən və BMT-nin himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Zeytun Şurasına (International Olive Council – IOC) üzv qəbul edilib.
Bizim.Media bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.
1959-cu ildə yaradılmış IOC-un üzvləri sırasına Albaniya, Argentina, Azərbaycan, Avropa İttifaqı ölkələri, Əlcəzair, Bosniya və Herseqovina, Misir, Gürcüstan, İran, İsrail, İordaniya, Livan, Liviya, Monteneqro, Mərakeş, Fələstin, Səudiyyə Ərəbistanı, Tunis, Türkiyə, Uruqvay və Özbəkistan daxildir.
Şuranın fəaliyyətinə tədqiqat, təlim və texnologiya transferi üzrə beynəlxalq texniki əməkdaşlığın təşviq edilməsi, ticarət standartlarının inkişaf etdirilməsi, məhsulun keyfiyyətini artırmaqla zeytun yağı və süfrə zeytununun payının beynəlxalq ticarətdə artırılması, özəl sektorla sıx əməkdaşlıq etmək üçün hökumət nümayəndələri və ekspertlər arasında görüşlərin keçirilməsi və s. daxildir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:23 / 30.05.2024
Azərbaycan BMT-nin himayəsi altında fəaliyyət göstərən quruma üzv oldu
Hazırda oxunan: Azərbaycan BMT-nin himayəsi altında fəaliyyət göstərən quruma üzv oldu
Hazırda oxunan: Azərbaycan BMT-nin himayəsi altında fəaliyyət göstərən quruma üzv oldu
Azərbaycan BMT-nin himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Zeytun Şurasına (International Olive Council) üzv qəbul edilib. Azərbaycan zeytun yağı və süfrəlik zeytun istehsalı ilə məşğul olan ölkələri bir araya gətirən bu şura, əməkdaşlığı, texnologiya transferini və ticarəti təşviq edir.
194835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.