Ukraynadakı ermənilərin “XAÇ ATASI” - Kiyevi Bakıya qarşı yönəldən RƏSMİ QÜVVƏLƏR

Hazırda oxunan: Ukraynadakı ermənilərin “XAÇ ATASI” - Kiyevi Bakıya qarşı yönəldən RƏSMİ QÜVVƏLƏR

19483

Ermənilər həmişə və hər yerdə olduğu kimi, Ukraynanın da düşdüyü çətin vəziyyətindən istifadə edərək fəallaşmağa başlayıblar. Bunun da başında Ukraynanın Daxili İşlər naziri Arsen Avakovun durduğu söylənilir.

Sifarişli qətillər, reketçilik, siyasi sabotaj...

Başı müharibəyə qarışmış Ukraynanın zəif durumundan istifadə edərək, Avakov dövləti daxildən çökdürmək üçün kriminal şiddəti artırarq öz şəxsi haqq-hesablarını da aparmış olur. Sifarişli qətillər, reketçilik daxili işlər nazirinin göstərişi əsasəində vüsət alır. 

Avakov siyasi sabotajla da məşğuldur. O, 24 apreldə öz facebook səhifəsində qondarma erməni soyqırımı ilə bağlı paylaşım edərək prezident Zelenskinin dövlət məmurlarına bu cür hadisələrə münasibət bildirməmək qadağasına da əks mövqe sərgiləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynanın iki nazirliyindən FƏRQLİ YANAŞMA - "Erməni soyqırımı"na QADAĞA VƏ TANIMA


Daxili İşlər nazirinin prezidentə qarşı məkrli planları

Məsələlərin gedişatına nəzər salıb, ardıcıllığa diqqət etsək, Avakovun Zelenski ilə aralarında müəyyən ziddiyyətlərin olduğunu rahatlıqla sezmək olar. Zelenski əməkdaşlıq etdiyi Türkiyəyə qarşı bütün atılan addımları tənzimləmək üçün, bu ölkə ilə yürütdüyü siyasətə xüsusi ehtiyatla yanaşmağa çalışır. Lakin ölkənin daxili işlər naziri 24 apreldə etdiyi paylaşımı ilə qalmayaraq, əlavə olaraq ermənilərə gizli mesaj ötürür. Onları azərbaycanlı və türk iş adamlarına qarşı müxtəlif təxribatlar törətməyə stimullaşdırır. 

Zelenskinin iki erməni iş adamını Ukraynanın hüdudlarından kənarlaşdırdıqdan sonra Avakov daha da radikallaşıb. Erməni icmasına və əlaltılarına göstəriş verib ki, Ukraynada xüsusi imicə malik azərbaycanlı iş adamlarına qarşı kompramat davasına başlasınlar və yerlərdən şikayət məktubları təşkil etsinlər. 

Avakov Ukraynadakı erməni icmasına hansı tapşırıqları verib?

Avakovun Ukrayna dövlətinin rəsmi təmsilçisi olmasına baxmayaraq, hələ 44 günlük Qarbağ müharibəsi dövründə etdiyi əməllərlə gündəmdə idi. Borisin oğlu Qarabağda ermənilərini dəstəkləmək üçün Ukraynadakı bütün erməni icmasına göstəriş vermişdi ki, təcili ianələr etsinlər. Bundan boyun qaçıran bəzi ermənilər isə xüsusi qrup tərəfindən ağır cəzalandırılırdı. Onun özü Ermənistana 4 milyon dollar ianə etmək istəsə də iddialara görə, hesabı hakimiyyət tərəfindən “blok” edilib. 

Ancaq onu də qeyd edək ki, illərlə Ukraynanın yüksək ranqlı elitasında özünə kök salan Avakov erməni diasporası və cinayət dəstələrini birbaşa koordinasiya edir. Heç kəsə sirr deyil ki, Ukraynada yaşayan azərbaycanlı iş adamlarının sıxışdırılması, onlara qarşı təxribatların törədilməsi məhz Bakı ermənisi olduğunu dəfələrlə vurğulayan bu insanın əli ilə həyata keçirilir. 

Avakovun Ukrayna hakimiyyətinə sızma planı

Arsen Avakov Ukraynada erməni cəmiyyətinin qeyri-rəsmi xaç atası kimi də tanınır. Əgər onun bu posta təyinatına qədər ermənilər bazar və qida xidmətində çalışırdılarsa, artıq çox sayda erməni ölkənin ən vacib inşaat sahələrində öz dayaqlarını bərkitməyə başlayıblar. Avakovun himayədarlığı ilə indi xeyli sayda  erməni dövlət orqanlarında və özəl strukturlarda mühüm postlar tutur. Xüsusilə də daxili işlər sistemində ermənilərin sayı günbəgün artır. 

Bundan başqa Ukrayna mətbuatının yazdığına görə, ölkədə qaçaqmalçılığın da başında Avakov durur. O, müxtəlif sahələrdən “dolya” yığmaqla bərabər, siqaret və spirtli içkilər ticarətini tamamilə əlinə alıb. 

Ukraynada azərbaycanlı iş adamlarının qətllərində erməni əli

Yayılan məlumatlar arasında Avakovun qeyri-rəsmi Xarkov, Xerson və Nikolayevski əyalətlərinə nəzarət etdiyi də bildirilir. Yerli hakimiyyət orqanlarında ancaq “öz adamları” yer aldığı üçün Xerson əyaləti azərbaycanlıların ən çox təcavüzə məruz qaldıqları regionlardan birinə çevrilib. Hələ 2015-ci ilin  iyun-avqustunda Xersonda 3 azərbaycanlı biznesmen öldürülüb və bu cinayətlər uzun zaman açılmamış qalıb. 

Avakov siyasi karyerasındakı iyrənciklərdən başqa iqtisadi cinayətləri ilə də ad çıxarmış dövlət məmurudur. O, ölkənin Milli bankının sabiq rəhbəri Valeriya Qontarevaya ilə "CityCommerse Bank"dan 62 milyon avronun ələ keçirməkdə günahlandırılır. Bununla bağlı 2020-c ilin sonunda Ukraynanın Milli Antikorrupsiya Bürosu Daxili işlər naziri Arsen Avakova qarşı cinayət işi başladıb.

Orqan alverində Avakovun izləri

Arsen cinayət əməllərinə görə, bundan əvvəl də şübhəli bilinib. İnsanlar onu gestapo kimi qanunsuz gecə dindirmələrində də günahlandırır. Hətta jurnalist Pavel Şeremetin qətlində də Avakovun adını hallandıranlar var. Bundan başqa 2012-ci ilə o, İtaliyada Ukraynanın axtarış üçün müraciət etdiyi İnterpolun əli ilə həbs də olunub. Buna səbəb isə Ukraynada 55 hektar torpağın mənimsənilməsi də göstərilirib. Avakovun adı hətta uşaq oğurluğunda, insan alverində də çəkilir. Onun bu cür mütəşəkklil cinayətlər zamanı orqan transplantasiyası ilə məşğul olan şəbəkələrlə əlaqəli olduğu da üzə çıxıb. Avakovun uşaq oğurluğundakı ən vacib məqsədi orqan alveri ilə bağlı olduğu deyilir.

Hələlik maraqlı gələn odur ki, bu qədər cinayətlərə bulaşmış Avakov Zelenskidən əvvəl və indi də hakimiyyətini qoruyub saxlamağı bacarır. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin