Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, dəyişiklə bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Milli standartlaşdırma proqramı FORMALAŞDIRILIB
Dəyişiklikliyə əsasən, dövlət tərəfindən, o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılan ali təhsil müəssisəsinin nizamnaməsini Nazirlər Kabineti təsdiq edəcək.
Qeyd edək ki, daha əvvəl nizamnamə Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, Nazirlər Kabineti tərəfindən təsdiq edilirdi.
Bizim.Media