Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Baş prokurorunun müavini – Baş hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Petrovun dəvəti ilə Rusiyaya səfər edib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, nümayəndə heyəti Rusiyanın Baş Hərbi Prokurorluğunda bir sıra tədbirlərdə iştirak edib. Baş hərbi prokuror V.G.Petrov və digər rəhbər vəzifəli şəxslərin iştirakı ilə dəyirmi masa ətrafında keçirilmiş görüşdə o ölkələrimiz arasında olan yaxın dostluq münasibətlərindən və bu əlaqələrin yüksələn xətlə inkişafından, o cümlədən hər iki dövlətin Hərbi prokurorluqları arasındakı sıx əməkdaşlığın mühüm əhəmiyyət kəsb etməsindən, daha da dərinləşməsindən danışıb.
Dəvətə görə Baş hərbi prokuror V.G.Petrova minnətdarlığını ifadə edən ədliyyə general-leytenantı Xanlar Vəliyev dövlətlərimiz arasındakı doğma münasibətlərin yaranmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. Xanlar Vəliyev dövlət başçılarının hazırda səmimi münasibətləri uğurla davam etdirdiklərini, xalqlarımız arasındakı bağlılığı vurğulayıb.
Bildirib ki, hər iki hərbi prokurorluq arasındakı əməkdaşlıq V.G.Petrovun təşəbbüsü ilə Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyətinin 2018-ci ildə Rusiyaya səfərindən sonra başlayıb, qarşı tərəfin nümayəndə heyətinin 2019-cu ildə Azərbaycana səfəri ilə davam edib və hazırda daha da möhkəmlənib.
Hərbi prokuror Xanlar Vəliyev Rusiya sülhməramlılarının səmərəli fəaliyyətindən də söz açıb. Ardınca tərəflər arasında hər iki ölkənin qanunvericiliyi, onun icra vəziyyəti, təkmilləşdirilməsi, habelə sülh və insanlıq əleyhinə, terrorçuluq, eləcə də digər cinayətlərin istintaq taktikası, ibtidai araşdırma prosesində ortaya çıxan problemlər, onların həlli yollar ilə bağlı müzakirələr aparılıb.
Həmçinin bu qəbildən olan cinayətlərə qarşı mübarizə üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Rusiyanın Müdafiə Nazirliyinin Knyaz Aleksandr Nevski adına Hərbi Universitetinə gedərək, təhsil müəssisəsinin "prokuror-müstəntiq", "maliyyə-iqtisad fakültələrində, "Kriminalistika" və digər kafedralarda təlim-tədris prosesinin gedişi ilə yaxından tanış olublar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:00 / 29.05.2024
Xanlar Vəliyev Rusiya Baş prokurorunun müavini ilə hansı məsələləri müzakirə edib? – FOTO
Hazırda oxunan: Xanlar Vəliyev Rusiya Baş prokurorunun müavini ilə hansı məsələləri müzakirə edib? – FOTO
Hazırda oxunan: Xanlar Vəliyev Rusiya Baş prokurorunun müavini ilə hansı məsələləri müzakirə edib? – FOTO
Hərbi prokuror Xanlar Vəliyev Rusiya Baş prokurorunun müavini ilə hansı məsələləri müzakirə edib? Rusiya Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Baş prokurorunun müavini – Baş hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Petrovun dəvəti ilə Rusiyaya səfər edib.
194639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.