Ukrayna Ali Radasının vitse-spikeri Azərbaycanı belə TƏBRİK ETDİ - FOTO

Hazırda oxunan: Ukrayna Ali Radasının vitse-spikeri Azərbaycanı belə TƏBRİK ETDİ - FOTO

Ukrayna Ali Radasının vitse-spikeri Azərbaycanı TƏBRİK ETDİ. O, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklerini, humanitar yardımları qiymətləndirdiklerini və sülh, əmin-amanlıq arzuladığını vurğuladı.

194576

“Azərbaycanlı dostlarımızı Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm!”

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk "X" sosial şəbəkəsində yazıb.

"106 il əvvəl ilk dəfə müstəqil dünyəvi Azərbaycan Xalq Cümhuriyyəti yarandı və Azərbaycan Parlamenti də formalaşdı. Biz Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə dəyişməz mövqeyini yüksək qiymətləndiririk", - deyə viste-spiker bildirib.

O.Kondratyuk Azərbaycanın Ukraynaya göndərilən humanitar yardımlara görə təşəkkür edib:

"Davamlı humanitar yardıma görə təşəkkür edirik. Müharibədən zərər çəkmiş ukraynalı uşaqların istirahəti və reabilitasiyası üçün səmimi və qonaqpərvər qəbula görə minnətdarıq. Biz Azərbaycanın Ukrayna ərazisinin humanitar minatəmizləmə işinə mühüm töhfəsini yüksək qiymətləndiririk.

Azərbaycan bu günü xüsusilə xoşbəxt bir ab-havasında - beynəlxalq səviyyədə tanınmış sərhədlərdə suverenliyinin bərpası ilə qarşılayır. Azərbaycan xalqına uzunmüddətli sülh, əmin-amanlıq, işğaldan azad edilmiş ərazilərin sürətlə yenidən qurulması və reinteqrasiyası arzulayıram!"


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin