Selçuk Bayraktar 28 May - Müstəqillik Günü münasibətilə paylaşım edib

Hazırda oxunan: Selçuk Bayraktar 28 May - Müstəqillik Günü münasibətilə paylaşım edib

194474

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə S.Bayraktar "X" sosial media hesabında qeyd edib.

"Bir dəfə yüksələn bayraq bir daha enməz. Qardaş ölkəmiz Azərbaycanın Müstəqillik Günü mübarək, birliyimiz və həmrəyliyimiz əbədi olsun!", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd edilir.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.

Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi.

Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin