“Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər sistemi digər ölkələr üçün nümunədir” - Səməd Seyidov

Hazırda oxunan: “Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər sistemi digər ölkələr üçün nümunədir” - Səməd Seyidov

194412

“Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər sistemi digər ölkələr üçün nümunədir. İki ölkə arasındakı qarşılıqlı hörmətə, hər iki dövlətin maraqlarına əsaslanan, beynəlxalq qaydalara və davranış normalarına uyğun olan münasibətləri başqalarına nümunə göstərmək olar”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “TASS” İnformasiya Agentliyinə açıqlamasında bildirib.

O qeyd edib ki, bu gün Moskva və Bakı regionda yeni geosiyasi münasibətlər sistemi yarada biliblər: “İkitərəfli münasibətləri parçalamaq cəhdləri uğurlu olmayacaq. Rusiya və Azərbaycan öz ortaq tarixlərini yüksək qiymətləndirirlər və keçmişi inkar etmirlər, münasibətlərin gələcək inkişafı üçün ondan dəyərli dərslər çıxarırlar.

Biz müəyyən dairələrin süni şəkildə yaratdığı stereotipi sındırdıq. Onlar deyirdilər ki, “Rusiya ilə dost olmaq təhlükəlidir və Azərbaycana etibar etmək olmaz”. Hər iki ölkə bir-birinə çox yüksək səviyyədə güvənir. Bu dostluq və etimad həm Rusiya, həm də Azərbaycana konkret praktiki nəticələr verir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin