Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, sərəncama əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 63 nəfər məhkum cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Sərəncamla, Mingəçevir Şəhər Məhkəməsinin 2023-cü il 8 may tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış, 1992-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Məmmədova İlahə Fəyyaz qızı cəzadan azad edilib.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bəzi şəxslərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
İslah işləri cəzasına və cərimə cəzasına məhkum edilmiş şəxslərin bir qismi cəzanın çəkilməmiş hissəsindən azad ediliblər.
Bununla yanaşı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2022-ci il 9 fevral tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş, 1996-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Fətullayev Orxan Əhəd oğlunun məhkumluğu götürülüb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Sərəncama daxil edilən məhkumların siyahısı ilə buradan tanış ola bilərsiniz.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:33 / 25.05.2024
Prezident İlham Əliyev ƏFV SƏRƏNCAMI imzalayıb
Hazırda oxunan: Prezident İlham Əliyev ƏFV SƏRƏNCAMI imzalayıb
Hazırda oxunan: Prezident İlham Əliyev ƏFV SƏRƏNCAMI imzalayıb
Prezident İlham Əliyev 63 nəfəri əfv edən sərəncam imzaladı, məhkumlar azad edildi və azadlıq məhdudlaşdırılması cəzaları azaldı.
194024
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.