Qərbi Azərbaycan İcmasında Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, Mədəniyyət, Gənclik və İdman komissiyasının sədri Mahmud Özerin rəhbərliyi altında deputatlarla görüş keçirilib.
Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qardaş ölkənin nümayəndə heyətini salmlayaraq onlara ortaq olaraq bildiyimiz tarixdən, son 200 ildə azərbaycanlıların başlarına gətirilən müsibətlərdən danışıb.
Ötən əsrdə soydaşlarımızın 4 dəfə Qərbi Azərbaycandakı ata-baba torpaqlarından deportasiya olmaları barədə ürəkağrısı ilə bəhs edib.
Qeyd edib ki, sonuncu 1987-91-ci il deportasiyası zamanı 300 mindən artıq azərbaycanlı el-obasından zorla çıxarılıb və bu gün onlar öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri dönüş üçün Qərbi Azərbaycan İcmasında birləşiblər.
Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, Mədəniyyət, Gənclik və İdman komissiyasının sədri Mahmud Özer Azərbaycanla Türkiyə arasında qardaşlıq bağlarından danışaraq tarix boyunca kədərimizdə və sevincimizdə bir – birimizin yanında olduğumuzu bir daha vurğulayıb.
Bağlarımızın Şuşa bəyannaməsi ilə daha da gücləndiyini vurğulayan Özer Türkiyə Böyük Millət Məclisindəki həmkarları ilə Qərbi Azərbaycan məsələsinə daha yaxından dəstək ola bilmək üçün müzakirlər aparacağını, bundan əlavə Qərbi Azərbaycanla bağlı Azərbaycan, türk və ingilis dillərində ortaq bir kitab hazırlamaq təklifini önə sürüb.
Digər çıxışçılar da Oğuz-türk ellərini birləşdirən Qərbi Azərbaycanla bağlı ortaq fikirlərini, xatirələrini bölüşüblər.
Sonda qonaqlara bir neçə dildə dərc edilmiş Qayıdış Konsepsiyası hədiyyə edilib, xatirə şəkli çəkdirilib.
Görüşdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva, Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – Sözçü Ülviyyə Zülfiqar, Türkiyə tərəfdən Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, Mədəniyyət, Gənclik və İdman komissiyasının sədri Mahmud Özer, Komissiyanın sözçüsü, deputat Nazim Maviş, Komissiyanın katibi Mehmet Emin Öz, Komissiyanın üzvü Nurten Yontar, Şenol Sunat, Komissiyanın eksperti Murat Süt, Qanunvericilik üzrə ekspert Murat Eker, Parlamentin protokol şöbəsinin əməkdaşı İsmayil Hakkı Ünlü, eləcə də Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Birinci katib Öncü Güneş, üçüncü katib Nurettin Erdoğan iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:53 / 23.05.2024
TBMM-in nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında görüş keçirdi - FOTO
Hazırda oxunan: TBMM-in nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında görüş keçirdi - FOTO
Hazırda oxunan: TBMM-in nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında görüş keçirdi - FOTO
TBMM-in nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında görüş keçirdi. Qardaş ölkələrin tarixi bağları, müsibətlər, Şuşa bəyannaməsi və ortaq kitab hazırlanması məsələləri müzakirə olunub.
193665
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.