ANAMA rəsmisi ABŞ-da azad olunmuş ərazilərdəki mina problemi barədə danışıb - FOTO

Hazırda oxunan: ANAMA rəsmisi ABŞ-da azad olunmuş ərazilərdəki mina problemi barədə danışıb - FOTO

193344

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Amerika Birləşmiş Ştatlarının Men ştatınında fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə Bizim.Media-ya ANAMA-dan məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinin səfərinin məqsədi müharibədən sonrakı dövrdə mina təhlükəsi ilə bağlı real vəziyyət ətrafında fikir mübadiləsinin aparılmasıdır.

Amerika Birləşmiş Ştatlarının Men ştatının rəsmiləri, o cümlədən, ictimaiyyətinin nümayəndələrindən ibarət heyəti ilə keçirilən görüşdə Agentliyin yaradılma tarixi, ümumi fəaliyyət istiqamətləri, işğaldan azad olunmuş ərazilərdəki mövcud mina problemi, minaların insan həyatına, ətraf mühitə törətdiyi fəsadlar və onların aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə əməliyyatları barədə məlumat verilib.

Görüşdə tərəflər işğaldan azad edilmiş ərazilərdə əlaqəli şəkildə aparılan bərpa-yenidənqurma fəaliyyəti, mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq perspektivləri, eləcə də minatəmizləmə sahəsində yerli və beynəlxalq təşkilatların mümkün iştirakı barədə müzakirələr aparıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin