İlham Əliyev: “Xalqlarımızın birgə uğurunu bəyənməyənlər öz işləri ilə məşğul olsalar daha yaxşı olar”

Hazırda oxunan: İlham Əliyev: “Xalqlarımızın birgə uğurunu bəyənməyənlər öz işləri ilə məşğul olsalar daha yaxşı olar”

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi iki ölkə arasında əhəmiyyətli layihənin açılışında görüşüblər. İlham Əliyev xalqların birgə uğurunun dostları sevindirdiyini və digər insanların öz işləri ilə məşğul olmasının daha yaxşı olduğunu vurğulayıb.
192864

“Mən hesab edirəm ki, bugünkü görüş və mərasim İran-Azərbaycan əlaqələrinin tarixində gözəl, parlaq səhifə kimi qalacaq. Çünki bu gün açılışını edəcəyimiz layihə həm texniki nöqteyi-nəzərdən çox önəmlidir, eyni zamanda, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət sərhədində İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Seyid İbrahim Rəisi ilə görüşdü - FOTO


“Xalqlarımızın birgə uğuru təbii ki, dostlarımızı sevindirir, bunu bəyənməyənlər isə hesab edirəm ki, öz işləri ilə məşğul olsalar daha yaxşı olar”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin