Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib - FOTO

Hazırda oxunan: Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib - FOTO

192788

“Bizi qəbul etdiyinə görə ABŞ Sülh İnstitutuna təşəkkür edirik”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

“Hörmətli iştirakçılarla Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlər və tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi, Azərbaycan üçün COP29 kimi daha qlobal və yeni xarici siyasət baxışı, iqlim və yaşıl həmrəylik gündəliyi, Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi məkan kimi və regional əməkdaşlığın gücləndirilməsi, Orta Dəhliz, Xəzər-Qara dəniz bərpa olunan enerji dəhlizi layihəsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh gündəliyinin təşviqi, Cənubi Qafqaz regionunun transformasiyası və inteqrasiyası ilə bağlı geniş fikir mübadiləsi apardıq”, - deyə H.Hacıyev qeyd edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin