Prezidentdən ermənilərə sonuncu XƏBƏRDARLIQ - “Axırı pis olacaq” - VİDEO

Hazırda oxunan: Prezidentdən ermənilərə sonuncu XƏBƏRDARLIQ - “Axırı pis olacaq” - VİDEO

19263

“Əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq."

"Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi”.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan-İran sərhədi dostluq sərhədidir” - İlham Əliyev


Bizim.Media-nın məlumatına görə bu fikirləri  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayılda hərbi hissənin açılışı zamanı səsləndirib.

Prezident vurğulayıb ki, bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır.

“Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq."

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin