İlham Əliyev: “İşğal illərində Qarabağ və Şərqi Zəngəzurda hər şey dağıdılıb”

Hazırda oxunan: İlham Əliyev: “İşğal illərində Qarabağ və Şərqi Zəngəzurda hər şey dağıdılıb”

Prezident İlham Əliyev Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət edib. İşğal illərində hər şeyin dağıdıldığını vurğulayan dövlət başçısı, infrastruktur, yaşayış sahələri, ictimai binalar və tarixi abidələrin sıfırdan bərpa edilməsinin vacibliyini qeyd edib.
192456

“Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatında söyləyib.

İşğal illərində Qarabağ və Şərqi Zəngəzurda hər şeyin dağıdıldığını vurğulayan dövlətimizin başçısı deyib:

“İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin