İsraildə heç bir rəsmi “erməni soyqırımı” tədbiri keçirilməyib – Mixail Finkel 

Hazırda oxunan: İsraildə heç bir rəsmi “erməni soyqırımı” tədbiri keçirilməyib – Mixail Finkel 

19239

Erməni KİV-ləri İsraildə “erməni soyqırımı” qurbanlarının xatirəsinə həsr olunmuş kütləvi aksiyanın keçirilməsi haqqında məlumat verib. Maraqlıdır hər zaman antisemit mövqeyi nümayiş etdirən, 44 günlük müharibə zamanı mütəmadi olaraq, anti-İsrail aksiyaları təşkil edən ermənilər indi özlərinə düşmən bildikləri ölkəni dosta çevirmək həşirindədir.

Bu yaxınlarda Ukraynanın Daxili İşlər Naziri Arsen Avakov da Holokostu qondarma “erməni soyqırımı” ilə müqayisə edib, ikisini də əsrin faciəsi adlandırmışdı.
 

MÖVZU İLƏ BAĞLI:

Mixail Finkel: “Daşnaksütyun təşkilatı bütün dünyada dağıdılmalıdır”


Məsələ ilə bağlı öz fkirlərini Bizim.Media ilə bölüşən israilli politoloq Mixail Finkel ermənilərin yalanlarını ifşa edib. O, açıqlamasında bildirib ki, İsraildə ermənilərin heç bir kütləvi aksiyası keçirilməyib:

“Hələ Osmanlı imeriyasının vaxtından İsraildə etnik ermənilər yaşayıb. Ancaq onlar “erməni soyqırımı”na həsr edilmiş aksiyalarda iştirak edir. Onlar hətta müharibə zamanı Azərbaycana silah satdığına görə İsrailə qarşı da etiraz aksiyaları keçirirdilər."

"Bu cür aksiyalarda 20-30 nəfər ancaq iştirak edər və ya etməz. Qalan ermənilər isə gündəlik işləri ilə məşğul olub, aksiyaya qatılmır. Mən heç vaxt  İsraildə ermənilərin kütləvi mitinqinə rast gəlməmişəm."

"Bu aksiyaların təşkilatçıları isə missiyalarını yerinə yetirdikləri üçün ermənilər tərəfindəm onlara ödənilən  pulları rahat şəkildə qatlayıb ciblərinə qoyurlar”.

Politoloq İsraildə qondarma erməni soyqırım abidəsindən də söz açıb. Finkel abidənin Ermənistanda sifariş olunduğunu, hazır olduqdan sonra isə ermənilərin hesabına oradan İsrailə gətirildiyini də vurğulayıb:
 

“Abidə İsrailin Petah Tikva şəhərndə qoulub. Bu abidənin hazırlanması ermənilər tərəfindən həyata keçirilib. Ancaq buna baxmayaraq, erməni KİV-ləri bunu “İsraildə  “erməni soyqırımı” anıldı və “qurbanların” xatirəsinə abidə ucaldıldı” başlığı altında xəbərlər tirajlayaraq, dünyaya yalan məlumatlar yayırlar."


Sonda qeyd etmək istərdim ki, İsrail dövlətinin ərazisində heç bir erməni Osmanlı İmperiyası tərəfindən soyqırıma məruz qalmayıb. Ermənilər türklərin himayəsi altında hər zaman İsraildə və dünyanın digər yerlərində sakit və firavan yaşayıblar”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin