​​​​​​​Dmitro Kuleba Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Hazırda oxunan: ​​​​​​​Dmitro Kuleba Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

191917

Xəbər verdiyimiz kimi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Dmitro Kuleba ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri rəsmi “X” hesabında bununla bağlı paylaşım edib.

“Ceyhun Bayramovla telefon danışığı zamanı Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd etdim. Mən Azərbaycana humanitar yardıma görə minnətdarlığımı bildirdim. Həmkarıma Rusiyanın Ukraynanın mülki və enerji infrastrukturuna hücumları barədə də məlumat verdim. Gələcək ikitərəfli təmaslar barədə razılığa gəldik”, - deyə Kuleba qeyd edib.
 

 


Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin