Hikmət Hacıyev Xankəndidən paylaşım etdi - FOTO

Hazırda oxunan: Hikmət Hacıyev Xankəndidən paylaşım etdi - FOTO

Hikmət Hacıyev Xankəndidən paylaşım edib. Əlaqələndirmə Qərargahının iclası zamanı Xankəndi, Xocalı və Əsgəran şəhərlərində baxışlar keçirilib.

191664

Xəbər verdiyimiz kimi, dünən Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tədbirlə bağlı X səhifəsində paylaşım edib.

Bizim.Media xəbər verir ki, paylaşımda deyilir:

“Xankəndi - tarixi ailə şəkli. İşğaldan azad edilmiş ərazilərin bərpası üzrə Əlaqələndirmə Qərargahının iclası”.

Qeyd edək ki, Qərargahın rəhbəri işğaldan azad olunmuş ərazilərə bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhalinin sayının ümumilikdə 25 min nəfərdən çox olacağını və növbəti illərdə bu rəqəmin getdikcə artacağını diqqətə çatdıraraq, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərin keyfiyyətli, vaxtında və əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi vurğulayıb.
İclasdan sonra Xankəndi və Xocalı şəhərlərində, həmçinin Əsgəran qəsəbəsində müvafiq ərazilərə və bir sıra obyektlərə baxış keçirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin