“Vikipediya”da Dağlıq Qarabağı kim Ermənistan ərazisi kimi göstərir? –FOTOFAKT

Hazırda oxunan: “Vikipediya”da Dağlıq Qarabağı kim Ermənistan ərazisi kimi göstərir? –FOTOFAKT

1916

Ermənistan Dağlıq Qarabağı “Vikipediya”da öz adına çıxıb

Bizim.Media-ya xəbər verir ki, bu faktı “Vikipediya”da Dağlıq Qarabağla bağlı yer alan bölmədə görmək mümkündür.

Təəssüf olsun ki, Azərbaycan Milli Elmlər Akademiyasının aidiyyatı strukturunun bu məsələ ilə bağlı heç bir müdaxiləsi hələki yoxdur.

Amma ermənipərəst qüvvələr bütün imkanlardan istifadə edərək hər yerdə Qarabağı öz torpaqları kimi təqdim edirlər. Və ya bəzən “Vikipediya” adminləri ermənilərə meyilli olduqları üçün qəsdən bu faktı görməzdən gəlirlər.

Bu azmış kimi üzdəniraq düşmənin “Qarabağ” Travller adı atlında rəsmi tur səhifəsi də fəaliyyət göstərir. Dağlıq Qarabağ Ermənistanın ərazisi olaraq göstərilir və həmin ərazilərə turlar təklif edilir.

Ekspert Samir Dübəndi  dünyanı çaşdıran bu yalan informasiyanı aradan qaldırılması üçün adiyyatı qurumların təcili hərəkətə keçməsinin lazım olduğunu bildirir:

“Onlar gələcəkdə turistlər arasında çaşqınlıq yarada bilər. Dünyada Qarabağ Azərbaycanın tərkib hissəsi olaraq qəbul edilib. Bizimkilər isə hələ də qəflət yuxusundadırlar”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin