“Müharibə zamanı (Vətən müharibəsi) xarici media nümayəndələrinə müsahibələrim olub. Ancaq təbii ki, müharibədəki planlarımızla bağlı heç bir şey deyə bilməzdim. Sadəcə olaraq, bir dəfə mənə Şuşa haqqında sual veriləndə dedim ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq. Hesab edirəm hər kəs anladı ki, Şuşa azad olunmadan biz dayanmayacağıq”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib.
“Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi”, - deyə dövlətimizin başçısı əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:23 / 10.05.2024
Prezident: “Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi”
Hazırda oxunan: Prezident: “Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi”
Hazırda oxunan: Prezident: “Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi”
191430
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.