Korotçenko: “Qorbaçov hər zaman Heydər Əliyevin kölgəsində qalırdı” – ÖZƏL 

Hazırda oxunan: Korotçenko: “Qorbaçov hər zaman Heydər Əliyevin kölgəsində qalırdı” – ÖZƏL 

191391

“Heydər Əliyev mübaliğəsiz böyük siyasi və dövlət xadim idi. Bu günün prizmasından baxanda isə o tarixi şəxsiyyətdir. Heydər Əliyev özünün yüksək fərdi keyfiyyətlərinə görə aparıcı liderə çevrildi. Xüsusilə də, SSRİ dönəmində o parlaq həyat yolu keçib. O, əməliyyatçıdan general-mayora, ən başlıcası isə SSRİ kimi superdövlətin idarəedicilərindən biri səviyyəsinə yüksəlib”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru, “Milli müdafiə” jurnalının baş redaktoru, politoloq İqor Korotçenko deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ulu Öndərin şəxsi həkiminin xatirələri – Heydər Əliyevin ona ilk tapşırığı NƏ OLUB? – VİDEO 


O bildirib ki, bütün bu uğurların kökündə qətiyyət, güclü intelekt və özünəgüvən dayanır:

“Heydər Əliyev hədəfə çatmağın yollarını çox gözəl bilirdi. Təbii ki, bu keyfiyyətlər onda DTK-də işlədiyi illərdə formalaşıb.Təsadüfi deyil ki, Heydər Əliyev xarici kəşfiyyat və əks-kəşfiyyat sahəsində keçmiş SSRİ-nin ən istedadlı generallarından biri, bəlkə də birincisi idi. SSRİ DTK-nın “Fəxri əməkdaş”ı adını ona elə-belə verməmişdilər. 

Əlbəttə ki, uzun müddət DTK-da işləməsi Heydər Əliyevə böyük təcrübə ilə yanaşı, həm də geniş əhatə də qazandırmışdı. Açar informsiyaların əldə edilməsi sayəsində Heydər Əliyev hər zaman düzgün qərarlar verirdi. Nəzərə alaq ki, vaxtilə onun rəhbərlik etdiyi Azərbaycan DTK- keçmiş SSRİ-də ən nümunəvi xüsusi xidmət orqanı sayılırdı. Ona görə də 1969-cu ilə onun Azərbaycanda siyasi rəhbərliyə gətirilməsi təsadüf yox, bir zərurət idi. 

Onun Azərbaycana rəhbərliyi dövründə respublika çox böyük iqtisadi dirçəlişə nail oldu. Korrupsiyaya qarşı böyük mübarizə başlandı. Heydər Əliyev Azərbaycanı kənd təsərrüfatı respublikasından sənaye respublikasına çevirdi. Bu uğurlar elm və mədəniyyət sahəsində də təkrarlandı. Təbii ki, onun bütün siyasi mübarizəsi öz xalqının sosial rifahının yüksəldilməsinə yönəlmişdi. 

Təsadüfi deyil ki, son nəticədə onun bu istedadından və bacarığından SSRİ-nin mənafeləri üçün istifadə zərurəti ortaya çıxdı.

1982-ci ildə Heydər Əliyev Siyasi Büronun üzvü seçilməklə yanaşı SSRİ Nazirlər Sovetinin birinci müavini təyin edildi. Çox təəssüf ki, Mixail Qorbaçovun siyasi hakimiyyətə gəlişindən və onun yaxın çevrəsindəki ermənilərin təsiri ilə Heydər Əliyevə münasibət dəyişdi. Bu da təsadüfi deyildi. 

Həm Qorbaçov, həm də onun yaxın çevrəsi Heydər Əliyevi əsas siyasi rəqib kimi görürdülər. Çünki Qorbaçov öz lider keyfiyyətlərinə görə hər zaman Heydər Əliyevin kölgəsində qalırdı. Ona görə də Qorbaçov Heydər Əliyevin siyasi olimpdən uzaqlaşdırılması üçün hər yola əl atdı. Beləcə, Heydər Əliyev SSRİ rəhbərliyindən getməli oldu”.

“Heydər Əliyevin ən böyük xidmətlərindən biri də özündən sonra layiqli davamçı yetişdirməsidir”

Müsahibimiz onu da əlavə etdi ki, SSRİ dağılandan və müstəqil dövlətlər yaranandan sonra Heydər Əliyev zəkasına yenidən ehtiyac duyuldu:

“1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə gələn Heydər Əliyev yeni, müstəqil ölkənin təməlini qoydu. Qısa zamanda vətəndaş qarşıdurması dayandırıldı, “Əsrin müqaviləsi” imzalandı və böyük quruculuğa başlanıldı. 

Heydər Əliyev Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatların istismarına dünyanın aparıcı şirkətlərini cəlb etməklə, həm iqdisadi divident, həm də siyasi manevr imkanları qazandı. Beləcə, bu günkü inkişaf edən və sabit yaşayan Azərbaycan dövlətinin təməlini qoydu. 

Mənim qənaətimcə, Heydər Əliyevin ən böyük xidmətlərindən biri də özündən sonra layiqli davamçı yetişdirməsidir.

Təsadüfi deyil ki, hadisələrin sonrakı inkişafı göstərdi ki, siyasi varis seçməkdə Heydər Əliyev hər zaman olduğu kimi doğru qərar verib. Məhz İlham Əliyev Heydər Əliyevin başladığı böyük işləri uğurla inkişaf etdirdi və Azərbaycanı suverən, müstəqil, qüdrətli bir ölkəyə çevirdi. 

Bu gün əksər ölkələr İlham Əliyevin qətiyyətinə və onun əldə etdiyi nəhəng uğurlara qibtə ilə baxır. İlham Əliyev bütün milli və dövlət sıxıntılarını aradan qaldırdı. İşğal altında olan torpaqları azad etməklə Azərbaycanın ərazi bütövlüyün təmin etdi. Bu gün Azərbaycan bir çox ölkələrlə, o cümlədən də Rusiya ilə münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırıb. 
Təsadüfi deyil ki, Heydər Əliyevin 101 illiyi bu gün Rusiyada da geniş şəkildə qeyd edilir. Nəzərə alaq ki, hələ bundan çox-çox sonralar da Rusiya vətəndaşları Heydər Əliyevi böyük ehtiramla yad edəcəklər. Çünki dünyanın və Rusiyanın ən böyük nəqliyyat dəhlizi olan BAM məhz Heydər Əliyevin əsəridir. Ona görə də Heydər Əliyev bu gün də Rusiyada ehtiramla və hörmətlə yad edilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin