“ABŞ-da Daşnaksütyun, Qınçakın arxivləri gizli saxlanılır... Bayden tarixi sənədləri tələb etməlidir”. Bu fikirlərlə millət vəkili Asim Mollazadə çıxış edib.
Bizim.Media-ya açıqlamasında o bildirib ki, “Baydenin əsassız və yanlış məlumatlar üzərində qurulan çıxışı Türkiyə ilə münasibətlərə xələl gətirib. Lakin bu çıxışın heç bir hüquqi əsası yoxdur”.
Deputat düşünür ki, “ABŞ bu çıxışın nəticəsi olaraq dost və müttəfiqlərinin inamını itirdi.
Və münasibətləri bərpa etmək, əlaqələri daha müsbət istiqamətə yönəltmək üçün Amerika Birləşmiş Ştatları çox iş görməlidir.
Ağ Ev vəziyyətdən son çıxış yolu kimi erməni diasporasından tələb eləməlidir ki, onlar arxivləri açsın və mütəxəssislər arxiv sənədlər üzərində çalışaraq tarixi həqiqətləri aşkara çıxarsınlar. Çünki Türkiyə arxivlərini açaraq sənədləri araşdırıb reallıqları öyrənmək üçün bütün beynəlxalq ekspertlərə şərait yaradıb.
ABŞ-da erməni diasporu Daşnaksütyun partiyası ilə Qınçakın arxivlərini gizli saxlayır. Çünki onlar həqiqətləri açıqlamaqdansa, ermənilərin törətdiyi cinayətləri gizlətmək istəyirlər.
Gerçəkliyin üzə çıxmasını əngəlləyirlər. Ermənilər mifoloji “Böyük Ermənistan” ideyası ilə bağlı özlərinin törətdiyi kütləvi qətlləri sirr saxlamaq niyyətindədirlər. Mənə elə gəlir ki, Bayden erməni diasporasından arxiv tələb etməlidir”.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:00 / 26.04.2021
Daşnaksütyun 1915-ci il hadisələri ilə bağlı sənədləri ABŞ-da gizlədib – SON FAKTLAR
Hazırda oxunan: Daşnaksütyun 1915-ci il hadisələri ilə bağlı sənədləri ABŞ-da gizlədib – SON FAKTLAR
Hazırda oxunan: Daşnaksütyun 1915-ci il hadisələri ilə bağlı sənədləri ABŞ-da gizlədib – SON FAKTLAR
19118
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.