“Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT-nın “Asiya və Sakin Okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77- ci sessiyasında söyləyib.
O bildirib ki, hazırda Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışılır:
“Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2021/04/26/1619426115_1-kcur-kcur-kcur-kcur.jpg)
- A-
- A
- A+
Siyasət
12:33 / 26.04.2021
Prezidentdən BMT tribunasında Zəngəzurla bağlı SON AÇIQLAMA
Hazırda oxunan: Prezidentdən BMT tribunasında Zəngəzurla bağlı SON AÇIQLAMA
Hazırda oxunan: Prezidentdən BMT tribunasında Zəngəzurla bağlı SON AÇIQLAMA
19113
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.