Milli Müdafiə Universitetində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə qarşılıqlı işgüzar görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qonaqlar əvvəlcə Şəhidlər xiyabanında respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüblər.
İşgüzar şəraitdə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, son illər Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlardan və tətbiq olunan texnoloji yeniliklərdən danışılıb.
Hər iki universitetin yaranma tarixi, təhsil sistemi və tədris prosesləri haqqqında brifinqlər təqdim olunduqdan sonra, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf prespektivləri, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Daha sonra Milli Müdafiə Universitetinin şərəf kitabına ürək sözləri yazılıb.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.
Bizim.Media