Zahid Oruc: “Paşinyanı Bakıya dəvət etmək olar”

Hazırda oxunan: Zahid Oruc: “Paşinyanı Bakıya dəvət etmək olar”

190845

Azərbaycan dövlətinin sanksiyalara cavabı Böyük qayıdışı gücləndirməsi, delimitasiyasını addım-addım irəliyə aparması, regionda sülhü qazanması olmalıdır. 

Bizim.Media xəbər verir ki, bunu parlamentin İnsan haqları komitəsinin sədri Zahid Oruc mayın 7-də, Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. 

O qeyd edib ki, sanksiyalara cavab kimi, həmçinin Azərbaycan qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməli, region dövlətləri ilə konfrontasiyaya getməməli, Azərbaycan torpaqlarının işğalına dəstək verən konqresmenləri, dövlət katibi Ceyms Beykerdən, Göyçə dağlarına qədər gəlib çıxan Foq Rasmussenədək hamısını qara siyahıda dünyaya sülhün düşmənləri kimi göstərməlidir: 
“Yəni, Paşinyanı Bakıya dəvət etmək olar. Siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbayacana yolu birdəfəlik bağlanmalıdır”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin