Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, sentyabrın 7-də Prezident Donald Trampın böyük oğlu ABŞ Senatında ifadə verəcək. Donald Tramp Jr 2016-cı ildə ABŞ-da keçirilən seçkilərə Rusiyanın müdaxiləsi ilə əlaqədar iddialara cavab verəcək.xa0
xa0xa0
Tramp Jr-ın vəkili Alan Futerfas bununla bağlı mətbuata açıqlama verib.xa0
xa0xa0
Donald Trampın oğlunun ABŞ-da keçirilən prezident seçkiləri zamanı Rusiya rəhbərliyi ilə olan əlaqələri tez-tez gündəmə gətirilir. ABŞ Konqresinin təlimatı ilə xüsusi səlahiyyətli prokuror Robert Muller Rusiyanın seçki kampaniyası dövründə Donald Trampa dəstək verib vermədiyini araşdırır.
xa0xa0
Rusiya və Tramp bu iddaları qəbul etmir. Ancaq ABŞ müxalifəti və mətbuatı Rusiya rəhbərliyinin seçki kampaniyası dövründə Trampa ciddi dəstək verdiyini iddia edir.

































































































