ABŞ səfiri Mark Libby Füzuli şəhərinə səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ səfirliyinin rəsmi “X” hesabında qeyd edilib.
Məlumata görə, səfir Füzuli şəhərində məktəbdə olub.
"Biz Füzuli rayonunun ingilis dili müəllimləri və şagirdləri ilə maraqlı söhbət apardıq. Onların tədrisə sadiqliyi çox ruhlandırır və bu bölgənin gələcək inkişafına böyük töhfə verəcəkdir. Səfirliyin maliyyələşdirdiyi müəllim bacarıqlarının artırılması proqramları vasitəsilə keçmiş tərəfdaşlığımızı yüksək qiymətləndiririk və gələcəkdə birgə işləməyi səbirsizliklə gözləyirik. Bu gün Danusia və məni qəbul etdiyiniz üçün təşəkkür edirəm!”, – deyə paylaşımda qeyd edilib.
“We enjoyed our discussion with the English language teachers and students of the Fuzuli region, whose commitment to learning is profoundly inspiring and will greatly contribute to the future development of this region. I appreciate our past partnership through Embassy funded… pic.twitter.com/9JGJTtjOxp
— U.S. Embassy Baku (@USEmbassyBaku) May 6, 2024
Bizim.Media