Fransa fevralın sonlarında verdiyi təklifə əsasən nəhayət Ukraynaya öz qoşunlarını göndərib. Mətbuatın yazdığına görə, Paris Ukraynaya 3-cü Piyada Alayının əsgərlərini göndərib. Onlar 54-cü Mexanikləşdirilmiş Briqadanın şəxsi heyətinə dəstək məqsədilə yola salınıb.
İlkin mərhələdə göndərilən əsgərlərin sayı 100 nəfər olsa da, sayın 1500 nəfərədək artırılacağı bildirilir. Onların əsasən Donbass cəbhəsinin müdafiəsində iştirak edəcəyi açıqlanıb.
Qeyd edək ki, Parisin NATO üzrə müttəfiqlərindən əksəriyyəti Makronun təklifinə qarşı çıxsalar da, artıq Fransa qoşunlarının Ukraynada olması onu deməyə əsas verir ki, bu hadisə birmənalı şəkildə ABŞ-ın göstərişilə baş verib. Belə ki, Paris Vaşinqtondan bu dəstəyi almadan həmin addımı təkbaşına atmağa cürət etməz. Bu gün, yəni mayın 6-da ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffris bildirib ki, Rusiya-Ukrayna münaqişəsinə müdaxilə tələb oluna bilər və bu fonda ABŞ qoşunlarının Ukraynaya göndərilməsi istisna edilmir.
Belə görünür, Fransanın ardınca ABŞ da anoloji addımı atmaq niyyətindədir. Qərb ölkələrinin bu addımına Rusiyanın cavabı gecikməyib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dimitri Peskov bəyan edib ki, Qərb ölkələrindən Ukraynaya qoşun yeritmək bu dövlətlərin birbaşa Rusiyaya qarşı müharibəyə başlaması kimi qəbul olunacaq və qlobal fəlakətlə nəticələnəcək.
O bildirib ki, belə olan halda ölkəsinin hədəfində Vaşinqton, London və Paris şəhərləri olacaq. Medvedevin qənaətinə görə, bu halda baş verəcək böyük fəlakətə görə Avropa cavabdeh olacaq.
Bundan əlavə, Rusiya yaxın vaxtlarda Cənub Hərbi Dairəsinin (CHD) raket birləşmələrinin və Hərbi Dəniz Qüvvələrinin təlimlərinin keçirilməsi hazırlıqlarına başlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi Teleqram-da məlumat yayıb. Təlimlər zamanı digər məsələlərlə yanaşı, “qeyri-strateji nüvə silahlarından istifadə məsələlərinin” işlənməsi də planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, təlim qeyri-strateji nüvə silahlarının döyüş istifadəsi bölmələrinin şəxsi heyətinin və texnikasının cavab vermək üçün hazırlığını qorumaq və bəzi Qərb rəsmilərinin Moskvaya qarşı təxribatçı açıqlamaları və təhdidlərinə cavab olaraq Rusiya dövlətinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz təmin etmək məqsədi daşıyır. Hər halda, görünən odur ki, bəşəriyyət olduqca təhlükəli bir mərhələyə qədəm qoyur.
Qərb ölkələrinin Ukraynaya qoşun göndərməsi fonunda savaşın seyri necə dəyişəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, yaranmış vəziyyətdə Ukrayna ətrafında baş verən müharibənin maştabı genişlənəcək:
“Parisin bu addımı fonunda görünən odur ki, hər halda məsələ kifayət qədər ciddiləşib. Fransa ordusunun hansısa bir divizionu, yaxud bölməsinin Ukraynaya getməsi artıq NATO-nun birbaşa olaraq prosesə qoşulması deməkdir. Belədə, açıq aşkar şəkildə görünür ki, müharibənin maştabı genişlənəcək. Yəqin ki, Rusiyanın da Fransanın hərəkətinə reaksiyası olacaq. Hər halda, Paris məsləhətləşmədən bunu edə bilməz. Görünür ki, ABŞ və başqaları ilə danışıqlar əsasında bu məsələ Fransa qoşunlarının Ukraynaya göndərilməsi fonunda öz həllini tapıb”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:00 / 07.05.2024
NATO qoşunları UKRAYNADA – Bəşəriyyət III Dünya Savaşına SÜRÜKLƏNİR...
Hazırda oxunan: NATO qoşunları UKRAYNADA – Bəşəriyyət III Dünya Savaşına SÜRÜKLƏNİR...
Hazırda oxunan: NATO qoşunları UKRAYNADA – Bəşəriyyət III Dünya Savaşına SÜRÜKLƏNİR...
190684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.