İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitinin yekunlarına dair qəbul olunmuş Yekun Kommunikedə Azərbaycanın bütün ərazilərində öz suverenliyini bərpa etməsinin məmnunluqla qarşılandığı qeyd olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, kommunikedə dəyişməz olaraq Azərbaycanın ərazi bütövlüyünə, habelə Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşma prosesinə dəstək ifadə olunub, bu istiqamətdə Ermənistana öhdəliklərinin yerinə yetirilməsinə dair çağırış edilib.
Kommunikedə, həmçinin İƏT-in “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupu”nun adının “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Kontakt Qrup”a dəyişdirildiyi əksini tapıb, Ermənistan bir daha İslam irs nümunələrinin dağıdılmasına görə qınanılıb.
Keçmiş münaqişə dövründə indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların taleyinin narahatlıq doğurduğu, bu istiqamətdə onların ləyaqətli qayıdışına dəstək ifadə olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:19 / 04.05.2024
İƏT Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə ÇAĞIRDI
Hazırda oxunan: İƏT Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə ÇAĞIRDI
Hazırda oxunan: İƏT Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə ÇAĞIRDI
190465
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.