"Qarabağdakı müharibədən sonra Bayden belə bir ifadəni niyə istifadə etdi? Çünki Böyük İpək Yolunun orta xətti, İstanbul kanalı yaxın zamanda reallaşacaqdı. Bu da Türkiyə liderinin çox mühüm strateji layihəsidir. Belə ki, Zəngəzur dəhlizi, yəni, faktiki olaraq Avrasiya qitəsindəki iqtisadi əlaqələrə Ankara ilə Moskva nəzarət edəcəkdi".
Bizim.Media xəbər verir ki, bunu politoloq Zaur Məmmdov AzTV-dəki proqramlardan birində açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Zəngəzurun ermənilərə verilməsində Amerika PLANI – TARİXİ SƏNƏD YAYILDI - FOTO
Onun fikrincə, Mehri koridoru vasitəsilə Kreml Ermənistanı nəzarətdə saxlayacaqdı və bu, Türkiyəyə də fayda verəcəkdi:
"Amma Baydenin sözügedən çıxışı həm Türkiyə, həm də Rusiyanın Ermənistanla əlaqələrinə təsirsiz ötüşməyəcək. Ağ ev Kremlə Ankaranın Zəngəzur dəhlizi kimi layihələrlə regionda ağalığının güclənməsini və Rusiya-Türkiyə yaxınlaşmasını istəmir".
Anar Rəhimov, Bizim.Media