Azərbaycan və İran generalları regional təhlükəsizlik məsələlərini müzakirə ETDİLƏR 

Hazırda oxunan: Azərbaycan və İran generalları regional təhlükəsizlik məsələlərini müzakirə ETDİLƏR 

190256

Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Qeyd edilib ki, səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Əziz Nəsirzadə və digər hərbi rəhbərlərlə görüşlər keçirilib. 
Bildirilib ki, görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin