Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin qayıtmalarına mane olur

Hazırda oxunan: Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin qayıtmalarına mane olur

190235

Bu ay Zəngilanda beynəlxalq mina konfransı keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbirdə bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda mina ilə bağlı beynəlxalq konfransı keçirilib və növbəti belə konfransın işğaldan azad edilmiş Zəngilanda təşkil olunması planlaşdırılır.
Ermənistanın 30 illik işğalı nəticəsində torpaqlarımızın 12 faizinin minalarla çirkləndiyini diqqətə çatdıran Hikmət Hacıyev deyib ki, mina partlayışları insanların həyatına son qoymaqla bərabər, keçmiş məcburi köçkünlərin də doğma yurdlarına rahat şəkildə qayıtmalarına mane olur.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin