Eli Naxt: “ABŞ-ın bu addımı dağıdıcı fəsadlara gətirib çıxaracaq”

Hazırda oxunan: Eli Naxt: “ABŞ-ın bu addımı dağıdıcı fəsadlara gətirib çıxaracaq”

19020

"Qondarma “erməni soyqırımı”nın tanınması dağıdıcı fəsadlara malik olacaq".

Bizim.Media Trend-ə istinadən xəbər verir ki, bunu israilli ekspert, vəkil Eli Naxt deyib.

Onun sözlərinə görə, qondarma “erməni soyqırımı”nın tanınması ədalət axtarışı demək deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Bayden “erməni soyqırımı” ifadəsini işlətdi - SON DƏQİQƏ


"Mənim fikrimcə, bu, Bayden administrasiyasının Suriya məsələsində, "Cənub axını" qaz kəməri layihəsində, S-400 zenit-raket komplekslərinin alınması məsələsində fikir ayrılıqlarına görə, prezident Ərdoğandan qisas almaq niyyətidir".

Ekspert bildirib ki, qondarma “erməni soyqırımı”nın tanınması ilk növbədə ABŞ-ın özü üçün qeyri-məhsuldar rəmzi addım olacaq:

"Bu addım dağıdıcı fəsadlara gətirib çıxaracaq və ABŞ-Türkiyə münasibətlərində destabilizasiyaya, eləcə də Azərbaycanla ABŞ arasında münasibətlərində çətinliklərə yol açacaq. Eyni zamanda bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına da kömək etməyəcək"

E.Naxt əlavə edib ki, bu addımın əvəzində ABŞ heç bir siyasi dividend qazanmayacaq:

"Qərar qəbul edərkən prezidend Bayden emosiyalarını yox, öz ölkəsinin geosiyasi maraqlarını rəhbər tutmalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin