Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Məhərrəm Qılınc ilə görüş keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib.
Məlumata görə, Bəhruz Məmmədov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud mina təhlükəsi, minatəmizləmə sahəsində əldə edilən nailiyyətlər, görülən işlər barədə qonağa məlumat verib.
O, təkcə keçmiş təmas xəttinin deyil, həmçinin mülki təyinatlı ərazilərin, obyektlərin minalarla yüksək səviyyədə çirkləndirilməsinin, heç bir hərbi əhəmiyyət daşımayan ərazilərin qəsdən minalanmasının insanlıq əleyhinə törədilmiş cinayət olduğunu qeyd edib.
Görüş zamanı mina təhlükəsi ilə mübarizə sahəsində Türkiyə Respublikası ilə mövcud əməkdaşlıq, insanların sağlam və təhlükəsiz ətraf mühitdə yaşamaq hüququna, eləcə də ekoloji sistemə ciddi təhdidlər yaradan mina probleminə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinə dair mümkün əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məhərrəm Qılınc təqdim edilən məlumatlara görə öz təşəkkürünü bildirərək, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!” devizi altında hər zaman Azərbaycanın haqq səsinin beynəlxalq auditoriyaya çatdırılmasına dəstək verməyə hazır olduğunu vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:36 / 02.05.2024
Azərbaycanla Türkiyə arasında minalarla mübarizədə əməkdaşlıq müzakirə olunub - FOTO
Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında minalarla mübarizədə əməkdaşlıq müzakirə olunub - FOTO
Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında minalarla mübarizədə əməkdaşlıq müzakirə olunub - FOTO
190137
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.