XİN-də növbəti İSLAHAT – Bir neçə səfir də geri çağırılacaq

Hazırda oxunan: XİN-də növbəti İSLAHAT – Bir neçə səfir də geri çağırılacaq

18959

Xəbər verildiyi kimi Azərbaycanın İsveçrə Konfederasiyasında, eləcə də Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Xanım İbrahimova vəzifələrindən geri çağırılıb. Xanım səfirin geri çağırılmasında onunla bağlı qalmaqallı silsilə məlumatların yayınlanmasının səbəb olduğu deyilir.

Bizim.Media-nın əldə etdiyi məlumata görə Xanım İbrahimova Xarici İşlər Nazirliyimdən uzaqlaşdırılacaq və ona hər hansı vəzifə verilməyəcək. 

Digər məlumatlara görə Xarici İşlər Nazirliyində xaricdə fəaliyyət göstərən səfirlərimizlə bağlı islahatlar davam edəcək.

Mənbənin dediyinə görə yaxın günlərdə Avropa ölkələrindən bir neçə səfir də tutduğu vəzifədən geri çağırlacaq. 

Xatırladaq ki, mətbuatda yayılan məlumatlarda iddia edilir ki, 3 il bundan əvvəl İsveçrəyə səfir təyin olunan Xanım İbrahimova həmin ölkənin rəhbərliyinə hədiyyə kimi göndərilən çox bahalı bir xalçanı satıb. Onun yerinə isə saxta xalça alıb hədiyyə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin