"Rusiya sülhməramlıları məsələsi Milli Məclisin müzakirəsinə çıxarılsın!"- Azərbaycandakı partiyadan SƏRT BƏYANAT

Hazırda oxunan: "Rusiya sülhməramlıları məsələsi Milli Məclisin müzakirəsinə çıxarılsın!"- Azərbaycandakı partiyadan SƏRT BƏYANAT

18951

Azərbaycan Xalq Partiyasının Siyasi Şurası bəyanat qəbul edib.

Bizim.Media xəbər verir ki, təqdim olunan bəyanatın qısa məzmunu belədir:

"Erməni silahlı qüvvələrinin 10 noyabr 2020-ci ildə qəbul olunan üçlü bəyanatda nəzərdə tutulanın əksinə olaraq Qarabağ ərazisində qalmasının davam etməsi, bu qeyri- qanuni terrorçu hərbi qüvvələr tərəfindən Qarabağda hərbi təcavüz xarakterli hazırlıqlara imkan verilməsi, günü gündəndən çoxalan silahlı təxribatların qarşısının alınmaması, qeyri qanuni olaraq və birtərəfli qaydada Azərbaycan ərazisinin Rusiya sülhməramlılarının “məsuliyyət zonası” elan edilməsi, Rusiya sülhməramlıları tərəfindən işğalçı xunta vəzifəliləri ilə de -fakto dövlət qurumu vəzifəliləri kimi münasibətlər qurulması, 9 mayda Xankəndində təhrikçi parad hazırlıqları, Azərbaycan tərəfindən terrorçuluq ittihamı ilə haqqında beynəlxalq axtarışa verilən seperatçıbaşı A. Arutyanın dalbadal Moskva səfərləri, “İskəndər M” raketləri ilə bağlı məsələyə aydınlıq gətitrilməməsi, Rusiya rəsmi KİV –lərində Azərbaycana hədə qorxu və təhqir xarakterli çıxışların çoxalması Azərbaycan cəmiyyətini həyacanlandırmış və hiddətləndirmişdir.

AXP SŞ bildirir ki, bütün bu hadisələr göstərir ki, Rusiya sülhməramlıları bölgəyə sülh yox işğal gətirmişdir, sülhə yox müharibə ocağının saxlanması və konservləşdirilməsi məqəsədi güdür qənaətini günü – gündən möhkəmləndiir...

AXP Siyasi Şurası yaranmış vəziyyətlə əlaqədar hesab edir ki, Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında bağlanmış 10 noyabr 2020- ci il Bəyanatı Azərbaycanın 3,2 min kv. km. ərazisində Azərbaycan dövlətinin suverenliyini məhdudlaşdırdığına və Azərbaycan Respublikası qanunlarından fərqli qaydalar nəzərdə tutduğuna görə Milli Məclisin ratifikasiyasına çıxarılmalıdır.

AXP SŞ 10 noyabr bəyanatının imzalandıqdan sonrakı 5 ay müddətindəki praktikanı və yaranmış situasiyanı nəzərə alaraq, bu sahədə köklü dəyişiklik olmazsa Milli Məclisə həmin sənədi təsdiq etməməyi tövsiyə edir”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin