"Mühacir" adı ilə Avropa paytaxtlarında yaşayan “azərbaycanlıların” erməni diasporu və lobbisi ilə əlaqələrinin olduğu artıq heç kəsə sirr deyil. Lakin onlar bunu təkzib edir, ifşa olunmamaq üçün bunu yalan adlandırırdılar.
Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, ancaq Almaniyada keçirilən son aksiya "mühacir" şəbəkəsini ifşa etdi.
Berlində Azərbaycana qarşı erməni diasporu və “azərbaycanlı mühacir"lərin aksiyası keçirilib. Hər iki şəbəkənin hədəfi Azərbaycan idi. Bir tərəfdə ermənilər, digər tərəfdə Əfqan Muxtarlı və onun "mühacir" şəbəkəsinin digər üzvləri Azərbaycanın əleyhinə şüarlar səsləndirir, çağırışlar edirlər.
Sirr deyil ki, ermənilərin məqsədi qazandığımız tarixi Zəfərdən sonra anti-Azərbaycan kampaniyası aparmaqdır. "Mühacirlər" də bu işdə ermənilərə əlindən gələn köməyi edir. Əvəzində erməni diasporu və lobbisi onların Avropa paytaxtlarinda yaşamaq hüququ almasına kömək edir, onları maliyyələşdirir.
Göründüyü kimi, onlar Azərbaycanı "Avropada bahalı həyata" satıblar. Son aksiya bunun isbatı oldu!
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:33 / 27.04.2024
Ermənilər və “azərbaycanlıların” ölkəmizə qarşı birgə HÜCUMU…
Hazırda oxunan: Ermənilər və “azərbaycanlıların” ölkəmizə qarşı birgə HÜCUMU…
Hazırda oxunan: Ermənilər və “azərbaycanlıların” ölkəmizə qarşı birgə HÜCUMU…
189295
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.