“İlham Əliyev Azərbaycanın milli maraqlarını ardıcıl müdafiə edir. Onun bütün siyasəti bu məntiqə əsaslanır. O, nə etdiyini, nə zaman edəcəyini bilir və heç vaxt öz prinsiplərinə xəyanət etmir. İlham Əliyevin Rusiyaya qarşı çox mehriban münasibəti var. O başa düşür ki, Rusiya qonşudur və elə dövlətdir ki, onunla əvvəlcədən konstruktiv, qarşılıqlı faydalı əlaqələr qurmaq lazımdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov “Moskva-Bakı.ru”ya müsahibəsində deyib.
O bildirib ki, bu gün Rusiya ilə açıq şəkildə qarşılıqlı əlaqədə olan, rəğbət nümayiş etdirən hər kəs Qərbin təzyiq obyektinə çevrilir:
“Azərbaycan lideri kimə arxalanacağını, kimə güvənməməli olduğunu bilən böyük siyasətçidir. Təbii ki, Rusiyanın siyasi elitası da bunu bilir, başa düşür ki, Azərbaycan belə çətin vaxtlarda, dünyanın dəyişdiyi, yeni çoxqütblü dünyanın qurulduğu, onun suverenliyi uğrunda mübarizənin getdiyi vaxtlarda Rusiyaya münasibətdə şəffaf, konstruktiv şəkildə özünü göstərir. Məhz buna görə də Rusiya Azərbaycana hər zaman arxalana və gələcək üçün uzunmüddətli strateji əməkdaşlıq qura bilər”.
Komitə sədri onu da vurğulayıb ki, Rusiyanın dünyada baş verən siyasi proseslərin inkişafı və prioritetləri ilə bağlı ümumi qiymətləndirmələri var:
“Azərbaycan bəzi qonşularımızdan fərqli olaraq qısamüddətli maraqlar güdmür. Bu, Azərbaycan üçün adi haldır. İlham Əliyevin yeni Azərbaycan üçün həmişə irəliyə doğru strateji baxış taktikasını seçir. Və bu düzgün yanaşmadır.
Nəzərə alaq ki, qonşu ölkələrimizdə söz sahibi, qlobal düşüncəli insanlar da var, dərhal mənfəət əldə etməyə çalışanlar, xəyanət edənlər də. İlham Əliyev heç vaxt vədlərə uymayıb, heç vaxt boyun əyməyib. İlham Əliyev milli maraqlara zidd olan heç bir təklifi nəzərə almayaraq inamlı, müstəqil siyasət aparır. Təbii ki, mən bunu bəzi ölkələrin rəhbərləri haqqında deyə bilmərəm”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:17 / 27.04.2024
Leonid Kalaşnikov: “İlham Əliyev bəzi liderlərdən fərqli olaraq, inamlı, müstəqil siyasət aparır”
Hazırda oxunan: Leonid Kalaşnikov: “İlham Əliyev bəzi liderlərdən fərqli olaraq, inamlı, müstəqil siyasət aparır”
Hazırda oxunan: Leonid Kalaşnikov: “İlham Əliyev bəzi liderlərdən fərqli olaraq, inamlı, müstəqil siyasət aparır”
189223
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.