Heydər Əliyev Fondu ilə Türkiyə Fondu arasında Anlaşma Memorandumu imzalandı - FOTO

Hazırda oxunan: Heydər Əliyev Fondu ilə Türkiyə Fondu arasında Anlaşma Memorandumu imzalandı - FOTO

189168

Aprelin 26-da Heydər Əliyev Fondunda Türkiyənin Sıfır Atık Fondu ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr haqqında danışıb.

2004-cü il mayın 10-da yaradılan və bu il fəaliyyətinin 20 ili tamam olan Heydər Əliyev Fondunun prioritet sahələrindən birinin ətraf mühitin qorunması üzrə layihələr olduğunu bildirən Anar Ələkbərov Fondun bu istiqamətdə reallaşdırdığı və nəzərdə tutulan tədbirlərini diqqətə çatdırıb.
Görüşdə bu il Azərbaycanın COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcəyi, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulduğu, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizi “Yaşıl enerji” zona elan etdiyi, həmin ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsinin planlaşdırıldığı bildirilib. Qeyd edilib ki, Heydər Əliyev Fondu ətraf mühitin qorunması istiqamətindəki layhələri ilə ölkəmizdə bu sahədə reallaşdırılan işlərə önəmli dəstək verir.

Türkiyə Respublikasının Birinci xanımı Әminə Әrdoğanın təşəbbüsü ilə yaradılan Sıfır Atık Fondunun Qəyyumlar Şurasının sədri Samed Ağırbaş və Fondun Qəyyumlar Şurası sədrinin köməkçisi Gökhan Cangi təmsil etdikləri qurumun əsas məqsədinin ətraf mühitin, insan sağlamlığının qorunması olduğunu bildiriblər, tullantı sularının təkrar istifadəsi və təkrar emalının təşviqi kimi məsələlərə xüsusi önəm verdiklərini və bu istiqamətdə həyata keçirilən layihələri qeyd ediblər.

Görüşdə Heydər Əliyev Fondu ilə Sıfır Atık Fondu arasında COP29 çərçivəsində, eyni zamanda ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı, mədəni mübadilənin təşviqi və mədəni irsin qorunması sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin