Erməni katolikosundan ÜSYAN ÇAĞIRIŞI – Paşinyana qarşı olan qüvvələr birləşir...

Hazırda oxunan: Erməni katolikosundan ÜSYAN ÇAĞIRIŞI – Paşinyana qarşı olan qüvvələr birləşir...

189135

Son dövrlər Ermənistanda baş nazir Paşinyanla erməni katolikosu arasında münasibətlər xeyli kəskinləşib. Paşinyanın sülh müqaviləsinin imzalanması istiqamətində atdığı və ya atmaq istədiyi addımlar erməni katolikosu II Qaragenin kəskin etirazı ilə qarşılanıb. Bu qarşıdurma xüsusən də 4 kəndin Azərbaycana qaytarılması fonunda daha da kəskinləşir. Belə bir vəziyyətdə bütün ermənilərin katolikosu II Qaregin xalqı hakimiyyətə qarşı birləşməyə çağırıb. O, bu barədə jurnalistlərlə söhbətində bildirib.

II Qaregin erməniləri inam və ümidlərini itirməməyə, çətinliklər qarşısında təslim olmamağa, hakimiyyətə qarşı birləşməyə çağırıb.

Qeyd edək ki, ondan əvvəl Erməni Apostol Kilsəsi Tavuş bölgəsində Azərbaycanla delimitasiya prosesinə başlanmasına qarşı çıxıb. Tavuş yeparxiyasının primatı arxiyepiskop Baqrat Qalstanyan faktiki olaraq sülh prosesinə əngəllər yaradan terrorçuların liderlərindən birinə çevrilib.

Görünən odur ki, Ermənistanda kilsə hazırkı hakimiyyətə qarşı mübarizənin mərkəzində yer almağa başlayır. 

Görəsən Ermənistanda nə baş verir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, erməni kilsəsinin bu qarşıdurmada əsas məqsədi biznes olaraq pul qazanmaqdır:

“Tarixən ermənilərin dövləti olmayıb. Yüz illərlə orada dövlət statusunda erməni kilsəsi çıxış edib. Azərbaycan ordusunun Ermənistan üzərində qələbəsi fonunda kilsə də hörmətdən düşüb. Erməni kilsəsi daşnaqlarla birlikdə biznes layihəsi işləyərək, dünya ermənilərindən pul toplayırdı. Amma indi dünya erməniləri bu pulu vermir. Kilsə də vəziyyətin belə alınmasına görə Paşinyanı günahlandırır. 

Bu qüvvələr Ermənistanı yenidən “kilsə dövləti”nə qaytarmaq istəyir. Ona görə də bu işlərin başında Qaregin durur. Əsas məqsədləri də biznes olaraq pul qazanmaqdır. Lakin Qaragenin Paşinyanı devirmək istəyi alınmayacaq. Paşinyan onlara nisbətən güclüdür. Rusiya da bu istiqamətdə çalışdı, amma heç nə alınmadı”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin