“Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir”.
Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
“Çünki enerji, qaz və neftlə zəngin olan ölkələr bu işdə - iqlim dəyişikliyi ilə mübarizə sahəsində öndə getməlidirlər.
Beləliklə, bu müxtəlif platformalar bizdə yaxşı həmrəylik ruhu yaradacaq və bizə imkan verəcək ki, hədəflərimizə nail olaq. Bizim ölkə COP-a ev sahibi seçilən kimi bir sıra media qurumları bizim enerji portfelimizi təhlil etməyə başladılar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:41 / 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
Hazırda oxunan: Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
Hazırda oxunan: Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
189088
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.