“Azərbaycan yaşıl enerjiyə keçiddə və qaz emissiyaların azaldılmasında nümunə olmalıdır” - Ceyms Şarp

Hazırda oxunan: “Azərbaycan yaşıl enerjiyə keçiddə və qaz emissiyaların azaldılmasında nümunə olmalıdır” - Ceyms Şarp

188649

“Azərbaycan da iqlim dəyişikliyinin fəsadları ilə üzləşir və bu mənada iqlim dəyişikliyi ilə bağlı məsələlərə fokuslanmaq üçün bu konfrans yaxşı fürsətdir: "Bu konfransa ev sabibliyi Azərbaycan üçün həm də məsuliyyətlidir. Azərbaycanın bütün ölkələrlə yaxşı əlaqələri var. Azərbaycan məsuliyyətin fərqindədir və bu istiqamətdə fəal işləyir".

Bizim.Media xəbər verir ki, bu barədə ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edən Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp jurnalistlərə açıqlamasında bildirib.

Diplomat qeyd edib ki, Britaniya COP-la bağlı Azərbaycanla təcrübəsini bölüşməyə hazırdır və artıq Azərbaycandan nümayəndələr Londonda olublar:

“Britaniyanın Azərbaycandakı səfirliyi bu istiqamətdə işləyir. Düşünürəm ki, bu konfransa ev sahibliyi etmək Azərbaycan üçün böyük nailiyyətdir”.

Onun sözlərinə görə, Azərbaycan digərləri üçün yaşıl enerjiyə keçiddə və qaz emissiyaların azaldılmasında nümunə olmalıdır.

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin