Azərbaycanın İsraildə açacağı turizm bürosu səfirliyə çevrilə bilərmi? – Fərid Şəfiyevdən CAVAB

Hazırda oxunan: Azərbaycanın İsraildə açacağı turizm bürosu səfirliyə çevrilə bilərmi? – Fərid Şəfiyevdən CAVAB

18862

“Biz qısa müddətdə iqtisadi əlaqələrin inkişafına, dövlət və özəl biznes dialoqunun təşviqinə müsbət təsir göstərən Azərbaycan-İsrail Ticarət və Sənaye Palatasının yenidən canlandırılmasında da maraqlıyıq”.

Bizim.Media xəbər verir ki, bunu “Israel Hayom” nəşrinə verdiyi müsahibədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Bununla yanaşı, nazir Azərbaycanın İsraildə turizm bürosu açmağı planlaşdırdığını da diqqətə çatdırıb.

Ümumiyyətlə, nəzərdə tutulan turizm bürosu fonunda “Gələcəkdə Azərbaycanın İsraildə səfirliyi də açıla bilərmi?” sualı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevə müraciət etdik.

O, cavabında bildirdi ki, turizm bürosunun, yaxud ticarət evlərinin açılması iki ölkə arasındakı əlaqələrinin inkişaf etdiyini göstərir:

“Amma diplomatik nümayəndəliyin açılması tamamilə ayrı bir prosesdir. Yəni o demək deyil ki, bu gün turizm ofisi, yaxud ticarət evi açılıbsa, sabah o səfirliyə çevrilə bilər. Bunlar tamamilə müxtəlif qurumlar tərəfindən açılır və onların fəaliyyəti də fərqlidir.

Amma İqtisadiyyat nazirinin açıqlaması onu göstərir ki, Azərbaycan İsraildə öz fəaliyyətini inkişaf etdirir”.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin