Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 24-25-də Azərbaycanda dövlət səfərində olacaq.
Bizim.Media "24.kg" saytına istinadən xəbər verir ki, bu barədə informasiyanı dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev yayıb.
Onun sözlərinə görə, səfər zamanı Sadır Japarov Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq.
Dövlət başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli qarşılıqlı fəaliyyətin qurulması perspektivlərini müzakirə edəcəklər.
“Həmçinin Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi nəzərdə tutulur, ondan sonra prezidentlərin birgə bəyannaməsi və ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra sazişlər imzalanacaq. Ölkə liderləri Ağdam rayonunun Xıdırlı kəndində orta məktəbin tikintisinin təməlqoyma mərasimində də iştirak edəcəklər”, - Muratbek Azımbakiyev qeyd edib.
Xatırladaq ki, dövlət başçılarının Bakıda qırğız yazıçı Çingiz Aytmatovun abidəsinin açılışında iştirakları da gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:51 / 23.04.2024
Qırğızıstan Prezidenti Ağdama gedəcək
Hazırda oxunan: Qırğızıstan Prezidenti Ağdama gedəcək
Hazırda oxunan: Qırğızıstan Prezidenti Ağdama gedəcək
188512
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.